Attack on Titan

Attack on Titan
Birinci cildin üzlüyü.
進撃の巨人
(Shingeki no Kyojin)
azərb. Nəhəngə hücum
Janr macəra, qaranlıq fentezi, postapokaliptika
Manqa
ManqakaHacime İsayama
NəşriyyatKodansha
Tərcüməçi nəşriyyat
JurnalBessatsu Shōnen Magazine
Demoqrafiyaşonen
Nəşr tarixi9 sentyabr 2009 – hazırda
Cildlər26 (cild siyahısı)
Romanlar
Manqalar
Anime
RejissorTetsuro Araki
Kasaşi Koyzuka (II və III mövsümlər)
ProdüsserTetsuya Kinoşita
Kensuke Tateyşi
Corc Vada
Şin Furukava
Tomohito Naqase
Toşihiro Maeda
SsenaristYasuko Kobayaşi
BəstəkarHiroyuki Savano
StudiyaWit Studio
Production I.G (istehsal əməkdaşlığı)
Digər lisenziyalar
Manga Entertainment (I mövsüm)
Sony Pictures UK (II mövsüm)
KanalMBS, Tokyo MX, BS11, FBS, TOS, HTB, TVA, GTV, GYT, TVS, tvk, CTC, RSK, BSN, RCC, SBC, TBC, SBS, IBC, RKK, ITC (I və II mövsümlər)
NHK G (III mövsüm)
Digər kanallar
Buraxılış tarixi7 aprel 2013 – hazırda
Seriyalar40 + 8 OVA (seriya siyahısı)
Anime
Attack on Titan – Part 1: Crimson Bow and Arrow
Attack on Titan – Part 2: Wings of Freedom
RejissorTetsuro Araki
SsenaristYasuko Kobayaşi
BəstəkarHiroyuki Savano
StudiyaWit Studio
Production I.G (istehsal əməkdaşlığı)
Digər lisenziyalar
Funimation
Vaxthər biri 120 dəq.
Anime
Attack on Titan: The Roar of Awakening
RejissorTetsuro Araki
Masaşi Koyzuka
SsenaristYasuko Kobayaşi
BəstəkarHiroyuki Savano
StudiyaWit Studio
Digər lisenziyalar
Madman Entertainment
Funimation
Vaxt120 dəq.
Bədii
Videooyunlar

Attack on Titan (azərb. Nəhəngə hücum‎) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人?, azərb. Hücum edən nəhəng‎)Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa AkkamanArmin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.

Manqanın spin-off prikvel ranobesi olan və Ryo Suzukaze tərəfindən yaradılan "Attack on Titan: Before the Fall" 2011-ci ilin dekabr ayında buraxılmağa başlamış, daha sonra isə öz manqa adaptasiyasını əldə etmişdir. Buna əlavə olaraq, daha iki ranobe və dörd spin-off manqa seriyası yaradılmışdır. Manqanın Wit StudioProduction I.G şirkətləri tərəfindən istehsal olunan anime serialı adaptasiyasının ilk mövsümü 2013-cü ilin aprel ayından sentyabr ayına qədər Yaponiyanın MBS telekanalında efirə verilmişdir. İkinci mövsüm 2017-ci ilin aprel ayından iyun ayına qədər efirə verilmişdir. Üçüncü mövsüm 2018-ci ilin iyul ayında başlamışdır.[1][2]NitroplusProduction I.G şirkətləri manqa seriyası əsasında dörd videooyun adaptasiyası istehsal etmişdir. Həmin videooyunların animenin Blu-ray Disc buraxılışının üçüncü və altınca cildlərinin bonus məzmunu olaraq buraxılacağı açıqlanmışdır. Buna əlavə olaraq, Spike Chunsoft tərəfindən Nintendo 3DS platorması üçün daha başqa bir videooyun istehsal olunur. 2015-ci ildə iki-hissəli bədii film – "Nəhənglərin hücumu" və "Nəhənglərin hücumu: Dünyanın sonu", eləcə də bir bədii vebserialı buraxılmışdır. Komediya janrındakı "Attack on Titan: Junior High" manqa seriyasının anime adaptasiyası Production I.G tərəfindən hazırlanmış və 2015-ci ildə efirə verilmişdir. "Attack on Titan" və onun digər beş spin-off manqası Şimali Amerikada Kodansha USA, digər üçün roman seriyası isə Vertical tərəfindən nəşr edilmişdir. Anime Funimation tərəfindən Şimali Amerika regionu üçün, Manga Entertainment tərəfindən Böyük Britaniya regionu üçün və Madman Entertainment tərəfindən Avstralasiya regionu üçün lisenziyalaşdırılmışdır.

"Attack on Titan" animanqa seriyası böyük bir kommersial uğur əldə etmişdir. 2018-ci ilin may ayına qədər manqanın 74 milyon nüsxəsi satılmış, ən çox satan manqa seriyalarından birinə çevrilmişdir.[3] Ab-havası, musiqisi və süjetinə görə təriflənən manqanın anime adaptasiyası buraxılması seriyanın məşhurluğunu artırmışdır. Seriyanın Yaponiyanın qonşu ölkələrində şöhrətlənməsinə baxmayaraq, onun əsas mövzusu qalmaqal subyekti olmuşdur.

  1. "Attack on Titan Season 3 Coming in 2018". IGN. iyun 17, 2017. iyun 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 12, 2017.
  2. Green, Scott. ""Attack On Titan" Anime Season 3 Listed For Spring". Crunchyroll. iyul 2, 2017. sentyabr 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: avqust 12, 2017.
  3. "『進撃の巨人×東武動物公園』7/14(土)〜10/8(月・祝)詳細はこちらから!". tobuzoo.com. 25 may 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2018.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy